Bakıda mənzildən qadın meyiti tapıldı

  • By admin
  • 30 Yanvar 2020 22:47

Bakıda mənzildən qadın meyiti tapılıb.

Gununsesi.org FHN-ə istinadən xəbər verir ki, nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Podqornaya İrina Andreyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

 

Gununsesi.org