Azərbaycanda məşhur müğənninin oğlu SAXLANILDI - NARKOTİKƏ GÖRƏ (FOTO)

  • By admin
  • 11 İyun 2018 11:21

Bakıda məşhur müğənninin oğlu saxlanıldı

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.

Gununsesi.info Unikal.org-a istinadən xəbər verir ki, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

 Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.