Bakıda mağazadan oğurluq edən şəxs tutuldu

  • By admin
  • 18 İyun 2020 12:13

Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Gununsesi.org bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki mağazaların birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə iyunun 17-də saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Gununsesi.org