Bakıda marketin önündə insident - GƏNC OĞLAN BIÇAQLANDI

  • Müəllif: admin
  • 05 Aprel 2018 08:30

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info “Report”a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Qasımov Elşad Mirkərim oğlu “UPD” kimi tanınan yaşayış massivindəki “Rövşən” marketin önündə tanışı ilə əlbəyaxa dava edib.

Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info