Bakıda maşın 61 yaşlı kişini vurub öldürdü

  • By admin
  • 06 Sentyabr 2017 21:43

qeza_0235
Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Şəfayət Mehdiyev küçəsində, Lider TV-nin yaxınlığında qeydə alınıb. Sürücü Sərxan Hüseynov idarə etdiyi minik maşını ilə 1956-cı il təvəllüdlü İslamov Eldar Zahid oğlunu vurub.

Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info