Bakıda MDB ölkələrinin Sərhəd Qoşunları Komandanlarının görüşündə 25 sənəd imzalandı

  • By admin
  • 19 Oktyabr 2017 14:18

MDB sammiti

Bakıda MDB Sərhəd Qoşunları komandanları Şurasının 78-ci iclası keçirilib.

Gununsesi.info-nun məlumatına görə, iclasda 8 ölkənin Sərhəd Qoşunları xidmətinin nümayəndələri iştirak edib.

Tədbirə həmçinin MDB İcraiyyə Komitəsinin rəhbəri qatılıb.

İclasda iştirak edən MDB Sərhəd Qoşunları komandanları şurasının Koordinasiya Xidmətinin sədri, Rusiya Sərhəd Qoşunları komandanının müavini Aleksandr Manilov bildirib ki, iclasın gündəliyinə üzv ölkələrin sərhədlərində təhlükəsizliyin möhkəmlənməsi ilə bağlı 9 əsas məsələ daxil edilib. Onun sözlərinə görə, iclasın yekununda 25 sənəd imzalanıb.

Gununsesi.info