Bakıda minik avtomobili yanıb

  • By admin
  • 13 Noyabr 2016 20:08

fhn-1

 

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Suraxanı rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info