Bakıda motosiklet oğrusu tutulub

  • By admin
  • 08 Sentyabr 2017 12:36

qandal-qolda

Bakı şəhər sakininə məxsus motosikleti oğurlamaqda şübhəli bilinən paytaxt sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə iyunun 30-da Bakı şəhər sakini Fərid Məmmədova məxsus “Haojue” markalı motosikleti oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rasim Abdurəhmanov tutulub.

Anar

Gununsesi.info