
Bakıda nənə və nəvəni maşın vurub.
Gununsesi.info APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçən 1946-cı il təvəllüdlü Nargül Mail qızı Əmirovanı və onun nəvəsi, 2003-cü il təvəllüdlü Qorxmaz Baloğlan oğlu Əmirovu vurub.
Nəticədə N.Əmirova ölüb, Q. Əmirov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info












