Bakıda naməlum şəxslər qadını döyüb

  • Müəllif: admin
  • 19 Avqust 2017 09:20

qadin_isgence_yumruq_01258

Bakıda döyülmə hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, qızının yaşadığı ünvana gedən Samitə Sadıqova naməlum şəxslərlə qarşılaşıb və onlar tərəfindən döyülüb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib. Faktı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi araşdırır.

Gununsesi.info