Bakıda növbəti intihar hadisəsi baş verdi

  • By admin
  • 21 Yanvar 2017 10:49

Intiharrr

Bakıda intihar hadisəsi baş verib.

Gununsesi.info bildirir ki, Suraxanı rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 30 yaşlı Nuranə Ceyhun qızı Hüseynova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info