Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

  • By admin
  • 01 May 2017 12:00

avtoqeza

Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, mayın 1-də saat 1 radələrində Nərimanov rayonunun Z. Bünyadov prospektində Bakı şəhər sakini Seymur Zamanov idarə etdiyi üzərində dövlət qeydiyyat nişanı olmayan “Haojue” markalı motosikleti yol ayrıcısına vurub və hadisə yerində ölüb.

Hazırda Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Anar
Gununsesi.info