Bakıda piyada ehtiyatsızlığı ölümə səbəb oldu - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 20 İyun 2016 14:23

qeza 2

Bakıda insan itkisi ilə nəticələnən yol qəzası olub. Gununsesi.info xəbər verir ki, hadisə aeroport yolunda, Sabunçu rayonu ərazisində baş verib. Magistral yolda hərəkət edən “Skoda” markalı avtomobilin qarşısına piyada körpüsünün altında bir nəfər çıxıb. Sürətlə gələn avtomobilin qarşısına çıxan Gürcüstan vətəndaşı Məmməd Əhmədovu vurub. Zərbənin gücündən piyada hadisə yerindəcə dünyasını dəyişib. Elşad Hacıyevin sürücüsü olduğu avtomobil isə deformasiya uğrayıb.

Əraziyə yol patrul xidməti əməkdaşları ilə yanaşı, ekspertlər də gəlib. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertizasına aparılıb. HadisəninHhansı səbəbdən baş veridyi təyin olunan ilkin avtotexniki ekspertizadan sonra məlum olacaq.

Gununsesi.info

 

piyada

 

qeza 1

 

qeza

 

p