Bakıda polis qadınları xilas edib huşunu itirdi –  Foto

  • By admin
  • 08 İyul 2017 15:30

polis2jpg
İyulun 3-dən 4-nə keçən gecə saat 3.30 radələrində Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binada yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığl məlumata əsasən, binanın bloklarından birinin 5-ci mərtəbəsindəki 4 mənzili alov bürüyüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülüb. Eyni zamanda, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti dərhal həyəcan siqnalı ilə yanğın baş verən ünvana gəlib.

Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot 5-ci mərtəbədəki mənzillərdən birində köməksiz vəziyyətdə qalan 2 qadının həyatını xilas edib. Qadınlardan biri astma xəstəliyindən əziyyət çəkib. Həmin qadının dərmanı mənzildə qaldığı üçün, polis əməkdaşı növbəti dəfə həmin mənzilə qalxıb. Polis əməkdaşı dərmanı qadına verəndə huşunu itirib.

Ə. Dərxot DİN-in A. Heydərov adına Respublika Hospitalına yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.

Gununsesi.info