Bakıda polisin motosikleti qəzaya düşdü - POLİS YARALANIB

  • Müəllif: admin
  • 24 May 2017 10:05

fft17-mf295235

Bakıda yol polisinin idarə etdiyi motosiklet minik maşını ilə toqquşub. 

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Dövlət Yol Polisi İdarəsinə məxsus, polis nəfəri Yaşar Qocalının idarə etdiyi “Yamaha” markalı motosiklet “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info