Bakıda qətl: 30 yaşlı kişi küçədə öldürüldü

  • By admin
  • 09 Noyabr 2021 22:40

Bu gün Bakıda qətl hadisəsi baş verib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu, Qara Qarayev prospekti 37 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 39 yaşlı Əli Musayev Abşeron rayon sakini 30 yaşlı Natiq Ramazanovu mübahisə zəminində bir bıçaq zərbəsilə vuraraq qətlə yetirib.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törədən Əli Musayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info