Bakıda qəza: avtomobil çevrildi

  • By admin
  • 12 Avqust 2016 22:48
q2
Bakıda yol qəzası baş verib, maşınlardan biri aşıb.
Musavat.com xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə və Cavadxan küçələrinin kəsişməsində qeydə alınıb. “4-cü mikrorayon dairəsi”ndə “Yol ver!” nişanının tələbini pozan “Mercedes” markalı avtomobil “Kia” markalı maşını vuraraq aşırıb.
Hadisə nəticəsində “Kia”nın sürücüsü və sərnişini xəsarət alıb.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gələrək, müayinələr aparıblar. Qəza nəticəsində zədələnən avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
qez