Bakıda qəza - 2 nəfər öldü

  • Müəllif: admin
  • 04 Sentyabr 2016 10:52

 qeza

Bakı şəhəri, Suraxanı rayonunda “Qazel” markalı yük avtomobili “Kamaz” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol–nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq “Qazel” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:51-də başa çatıb.

 

Gununsesi.info