Bakıda qadın “Gənclik Mall”dan bahalı paltar oğurladı

  • By admin
  • 10 May 2018 12:00


“Gənclik Mall” ticarət mərkəzində oğurluq olub. Gununsesi.info DİN-ə istinadən xəbər verir ki, mağazaların birindən 536 manat dəyərində geyim əşyaları oğurlanıb.

​Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.

​Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info