Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi qeydə alınıb. Gununsesi.info xəbər verir ki, Nərimanov rayonu Arif Heydərov küçəsindəki çoxmərtəbəli binadan qadın özünü atıb. O, binanın birinci mərtəbəsindəki mağazanın talvarının üstünə düşüb. Zərbənin gücündən talvar qırılıb və qadın yerə çırpılıb. O, hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, intihar edən qadın Sadıqova Zəhra Telman qızıdır. Qonşular polis əməkdaşlarına bildiriblər ki, intihar edən qadını sonuncu dəfə günorta saatlarında həyətdə görüblər. Sonra binaya girən qadını görən olmayıb. Gecə saatlarında isə Zəhra Sadıqova özünü yerə atıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Qadının hansı səbəbdən intihar etdiyi dəqiqləşdirilir.
Gununsesi.info