Bakıda qadını aldatdılar – 65 min manatını geri ala bilmir

  • By admin
  • 10 Dekabr 2016 16:35

download

 

Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib.

Gununsesi.info-nun Report-a istinadən xəbərinə görə, bu barədə Binəqədi Rayon Polis İdarəsinə (RPİ) 1957-ci il təvəllüdlü Südabə Qasımova ərizə yazaraq məlumat verib.

O qeyd edib ki, 2014-cü ilin aprel ayında 1963-cü il təvəllüdlü Çingiz Mehdiyev və 58 yaşlı Ruslan Quliyev onu işə düzəltmək adı ilə aldadıb və 64 377 manat pulunu alıb.

Faktla bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb.

 

Gununsesi.info