Bakıda qanlı faciə - Arvad ərini öldürdü (FOTOLAR)

  • By admin
  • 07 Noyabr 2016 16:47

qetl1

Paytaxtın Sabunçu rayon ərazisində 26 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb. Bıçaqlanan ər dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, qətl hadisəsi rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Hadisə zamanı Gülər Mirzəyeva həyat yoldaşı olan Şəmsi Babayevi bıçaqla vurarq qətlə yetirib.

Qətlin təfərruatlarını öyrənmək üçün hadisə yerinə yollandıq. Məlum oldu ki, 26 yaşlı Gülər Mirzəyeva ilə 32 yaşlı Şəmsi Babayev 3 il əvvəl ailə qurublar. Qohumların sözlərinə görə Ali təhsilli Gülərlə Şəmsinin xəsiyyəti ilk gündən tutmayıb. Ərlə arvad arasında mütammadi olaraq mübahisələr baş verib. Valideynlər cütlüyün övladı olandan sonra tərəflər arasında mübahisənin  sakitləşəcəyinə ümüd etsələrdə bu baş verməyib. Gənc ailənin iki il əvvəl doğulan övladı da cütlüyü xoşbəxt edə bilməyib. Noyabr ayının 6-sı Gülərlə Şəmsi yenidən mübahisə ediblər. Yaranan mübahisə əlbəyaxaya keçəndə 26 yaşlı Gülər Mirzəyeva əlinə bıçaq götürərək Şəmsiyə bir zərbə endirib. Zərbə daxili orqanları zədələdiyindən Şəmsi Babayev dünyasını dəyişib.

Baş vermiş faktla əlaqədar Sabunçu rayon prokurorluğunda Cinayət işi başlanıb.

Araşdırmalar advam edir.

qetl qetl2

Gununsesi.info