Bakıda qanlı olay - QAYIN KÜRƏKƏNİNİ BIÇAQLADI

  • Müəllif: admin
  • 09 Avqust 2017 10:24

 

bicaq_3fvj4746346-1

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info bildirir ki, hadisə Sabunçu rayonumda qeydə alınıb.

Belə ki, Balaxanı qəsəbəsində ailə-məişət zəmnində dava düşüb. Nəticədə 34 yaşlı Əlixanov Bəhrəm Eldar oğlu bədəninin müxtəlif nahiyyəsindən və onun qardaşı 40 yaşlı Əlixanov Surət Eldar oğlu ürək nahiyəsindən bıçaqlanıb.

Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətləri ağırdır.

Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, S.Əlixanovun qaynıdır.

Gununsesi.info