Bakıda qüllədə intihara cəhd şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

  • By admin
  • 21 Oktyabr 2016 21:40

qa

 

Bakıda intihara cəhd hadisəsi baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda bir nəfərin intihar etmək məqsədi ilə qülləyə çıxması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:27-də başa çatıb.

***

Qeyd edək ki, qüllədən özünü atmaq istəyənin şəxsiyyəti məlum olub.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu, 1975-ci il təvəllüdlü Səfərov Namiq İzzəli oğludur.

Gununsesi.info