Bakıda sərnişin avtobusu qəzaya düşdü - YARALANANLAR VAR

  • By admin
  • 19 Mart 2018 09:54
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun report-a istinadən xəbərinə görə, hadisə ötən gün səhər saatlarında Xətai rayonunda qeydə alınıb.
Əhmədli qəsəbəsi ərazisində 57 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu minik avtomobilinə çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər – 48 yaşlı Novruzova Şəlalə Xosu qızı və 57 yaşlı Nəzərov Şakir İzzət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Gununsesi.info