
Bakıda yerləşən radiator təmir sexdə yanğın baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət radiator təmir sexi 10 m2 sahədə və sexin ətrafında 5 m2 sahədə taxta tullantıları yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info












