Bakıda şok əməliyyat - Qadın narkotacir ələ keçdi

  • By admin
  • 11 Oktyabr 2021 14:57

Binəqədidə narkotik vasitə satan qadın tutulub.

Gununsesi.info xəbər verir ki, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Vəliyeva saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1,1 kiloqrama yaxın heroin, 115 qrama yaxın metamfetamin, elektron tərəzi və bank kartları aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info