Bakıda tikinti şirkətinə basqın oldu - ÖZƏL

  • By admin
  • 11 İyun 2016 20:41

basqin

 

Bakıda tikinti şirkətinə bir qrup şəxs tərəfindən basqın olub. Bu barədə Gununsesi.info-ya Bəxtiyar Təhməzovun vəkili Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yerləşən “Eurostory-S” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində baş verib. “Şirkət həmin ərazidə hündürmərtəbəli binalar inşa edir. Rafael və Füzuli adlı şəxslər bir qrup idmançı dostları ilə birlikdə şirkətin ofisinə basqın ediblər. Onlar ofisi dağıdıb şirkətin məsul əməkdaşları Bəxtiyar Təhməzov və digər şəxsləri xüsusi amansızlıqla döyərək, onlardan hədə-qorxu ilə obyekt tələb ediblər. Şirkətin ölümcül döyülən əməkdaşlarının hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsində təxirəsalınmaz tibbi müdaxilə həyata keçirilir. Hazırda vəziyyətləri çox ağırdır “.

Basqını həyata keçirən şəxslər mütləq məsuliyyətə cəlb edilməlidir.  Vəkil bildirib ki, faktla bağlı hələ də cinayət işi başladılmayıb.