Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası keçiriləcək

  • By admin
  • 18 Avqust 2017 16:46

turkiye azerbaycan

Sentyabrda Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti yeddinci iclası keçiriləcək.

Bu barədə Gununsesi.info-ya diplomatik mənbələrdən məlumat verilib.

İclas Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 10-da Azərbaycana rəsmi səfəri nəzərdə tutulub və iclas da səfər zamanı reallaşacaq. Tədbirdə hər iki ölkənin hökumət və dövlət nümayəndələri iştirak edəcək.

İclasda ölkələrimiz arasında həyata keçirilən enerji, nəqliyyat layihələrinin icrası, qarşılıqlı investisiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Bundan öncəki altıncı iclas 2016-ci ilin martın 15-də Ankarada keçirilib.

Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana Qazaxstandan gələcək. O, Azərbaycandan öncə sentyabrın 8-10-da Qazaxstanda səfərdə olacaq və sentyabrən 10-da Azərbaycana gələcək.

Mürtəza Bünyadlı

Gununsesi.info