Bakıda üç maşın toqquşdu

  • By admin
  • 11 Yanvar 2018 19:48


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində Heydər Əliyev Mərkəzinin qarşısında olub.

Aeroport yolu istiqamətində hərəkətdə olan üç minik avtomobili toqquşub. Avtomobillərə ziyan dəyib.

Ölən və xəsarət alan yoxdur.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

 

Gununsesi.info