Bakıda və Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

  • Müəllif: Firuzə
  • 26 İyul 2026 11:02

İyulun 26-sı saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 25-də Xaçmazda cənub-şərq küləyi əsib, küləyin maksimal sürəti 25 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da eləcə də Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti müşahidə olunub.

Gununsesi.info