Bakıda voleybol üzrə Avropa çempionatının ikinci turu keçiriləcək

  • By admin
  • 23 Sentyabr 2017 10:40

voleybol

Bu gün Bakıda, Göygöldə və Tbilisidə voleybol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu keçiriləcək.

Gununsesi.info-nun məlumatına görə, A qrupunda Polşa – Macarıstan qarşılaşacaq.

B qrupunda Gürcüstan – Xorvatiya, İtaliya – Belarus görüşləri keçiriləcək.

C qrupunda Bolqarıstan – Ukrayna, Türkiyə – Rusiya, D qrupunda isə Çexiya – Belçika, Serbiya – Niderland oyunları keçiriləcək.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.

Gununsesi.info