Bakıda yağış yağacaq, rayonlara dölu düşəcək - PROQNOZ

  • By admin
  • 06 Sentyabr 2016 12:50

hava-qar-sulu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə sabah  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az  yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında  mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 25-28,Bakıda gecə 20-22,gündüz 26-28dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubətgecə 65-75, gündüz 50-60faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə  sentyabrın 7-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə  intensiv  olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 24-29,dağlarda gecə 9-14,gündüz15-20 dərəcə istiolacaq.

Tibbi-meteoroloji-proqnoz gəlincə isə sentyabrın 07-də Abşeron yarımadasında xəzri küləyinin əsməsi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. 08-də zəif küləklərin üstünlüyü fonunda havada rütubətliyin bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.