Bakıda yanğın baş verdi - TƏXLİYYƏ OLUNANLAR VAR

  • By admin
  • 10 İyul 2019 10:11

Bakıda  çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Gununsesi.org  xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasının şaxtasında 3 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 2 nəfər (onlardan 1 nəfəri azyaşlı olmaqla) xilas olunub və 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.org