Bakıda yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib

  • By admin
  • 19 Dekabr 2016 14:24

yanan-ev

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 103 m² olan 5 otaqlı mənzilin 1otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN ) saytına istinadən verdiyi məlumatına görə, hadisə zamanı 5-ci mərtəbədə 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib. Yanğın zamanı qatı tüstülənmədən 1 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info