Bakıda yaşayış binası yanır - FOTO

  • By admin
  • 08 İyun 2017 14:56

bakida-choxmertebeli-binada-yangin-08062017-1

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Gununsesi.info APA-nın hadisə yerindən olan müxbirinə istinadən xəbər verir ki, Əcəmi Naxçıvanı küçəsində çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindəki mənzillərdən birində yanğın olub. Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu bildirilir.

Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib, yanğının qarşısı alınıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

bakida-choxmertebeli-binada-yangin-08062017-2

Gununsesi.info