Bakıda yaşayış binasında yanğın: 13 SAKİN TƏXLİYƏ OLUNDU

  • By admin
  • 25 Yanvar 2018 14:28
Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən 13 bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​
Gununsesi.info