Bakıda yaşayış binasında yanğın oldu, sakinlər təxliyyə edildi

  • By admin
  • 04 İyul 2017 22:52

fhn yangin masin

Bakıda yaşayış binasında yanğın olub. 

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çox mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində 1 ədəd kondisioner,  televizor və divan-kreslo yanıb.

Yüksək temperaturdan  mətbəxin 1 ədəd plastik pəncərə çərçivəsi 3 m2 sahədə və hamamın lambirdən ibarət tavanı 6 m2 sahədə əriyib. Yanğın zamanı mənzillərdən 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Gununsesi.info