Bakıda yataqxanada yanğın olub, 1 nəfər xəsarət alıb

  • Müəllif: Firuzə
  • 19 Avqust 2025 12:17

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info