Bakıda yük avtomobili yandı

  • By admin
  • 03 Oktyabr 2016 10:10

yuk

Bakı şəhəri, Nərimanov rayonunda “Azərişıq” ASC-yə məxsus “UAZ” markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 31 ədəd elektrik sayğacı və 2 ədəd sürətçıxardan yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar
Gununsesi.info