Bakıda zəncirvari qəza: Maşın beş avtomobilə çırpıldı - ÖLƏN VƏ YARALANAN VAR

  • By admin
  • 22 May 2020 10:25
Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org xəbər verir ki, qəza Ağ Şəhər Bulvarının ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol kənarında hərəkətsiz dayanan beş avtomobilə çırpılıb. Qəza nəticəsində E.Almazov ağır bədən xəsarətləri alıb.
Sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Gununsesi.org