Bakıda zavodda yanğın olub

  • By admin
  • 04 Dekabr 2016 23:05

fhn-yangin-sonduren

 

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda “Azneftmaşservis” ASC-nin ərazisində olan beton üzərində quraşdırılmış 2 ədəd yük kranlarının kabinələri və 20 m2 sahədə əraziyə yığılmış taxta tullantıları yanıb.

Yaxınlıqdakı zavod binası yanğından mühafizə olunub.

Yanğın saat 21:31-də söndürülüb.

 

Gununsesi.info