Bakıdakı alman səfirliyi viza verilməsini dayandırdı

  • By admin
  • 19 Mart 2020 16:54

Almaniyanın Azərbaycandakı səfirliyi dünyada vüsət alan koronavirus pandemiyasına görə viza verməyi dayandırıb.

Gununsesi.org-un xəbərinə görə, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat verilib.

 “Hazırkı vəziyyət ilə əlaqədar olaraq bu gündən, 19 mart 2020-ci il tarixindən etibarən viza və konsulluq şöbəsinin fəaliyyəti 15 aprel 2020-ci il tarixinədək dayandırılır“, – deyə açıqlamada qeyd olunub.

Gununsesi.org