Bakıdan Hindistana birbaşa aviareys açılacaq

  • By admin
  • 12 Mart 2018 18:23

Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir.

Gununsesi.info-nun Trend-ə istinadən məlumatına görə, bu açıqlamanı Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və “Azərbaycan Hava Yolları” QSC ilə danışıqlar keçirəcək:

“Birbaşa reyslər ölkələr arasında turist axınının artmasına və işgüzar münasibətlərin inkişafına xidmət edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Amma hələ ki bu, başlanğıc səviyyədədir”.

Gununsesi.info