Bakıdan Lerikə istirahətə gedən üç ailənin üzvləri qidadan zəhərləniblər

Lerikə istirahətə gedən Bakı şəhər sakinləri qidadan zəhərləniblər.

 

Məlumata əsasən, Lerikdə istirahət mərkəzlərində istirahətdə olan Bakı şəhər sakinləri qidadan zəhərləniblər. Zəhərlənənlərdən 6-sı azyaşlı olmaqla ümumilikdə 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə Bakı şəhər sakinləri olan 3 ailənin üzvləri

1992-ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə

1991-ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə

2018-ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə

2014-cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə

1993-cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva

1990-cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva

2020-cı il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva

2016-cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev

1987-ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev

2012-ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva

2018-ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, onlar özləri ilə gətirdiyi ərzaqdan zəhərləniblər.