“Bakıdankənar bütün regionlar “problemli” sayılır” - RÖVŞƏN AĞAYEV

  • Müəllif: admin
  • 31 Yanvar 2017 16:00

rovsen

 

 

“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı hökumətin hesabatıtəqdim edildi.

Gununsesi.info iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən ölkədə bölgə inkişafınıreal əks etdirən bir neçə mühüm statistikanı təqdim edir.

İqtisadçı bildirir ki, iqtisadiyatda yaranan ÜDM-nin 80%-dən bir qədər də çoxu Bakı, Sumqayıt vəAbşeronun payına, ən yaxşı halda 17-18%-i yerdə qalan bölgələrin payına düşür: “Abşeron yarımadası üzrə ÜDM-nin adambaşına məbləği 21 000 manatı ötür,  qalan bölgələr üzrə orta göstərici 2 000 manata çatmır.

2015-ci ildə Bakıdan kənarda toplanan bütün vergilərin həcmi 828 mln. manat olmuşdu – bütün büdcənin 5%-dən də az.

2017-də isə regionlarda toplanacaq vergilərin onsuz da kiçik olan məbləğinin daha da azalacağıgözlənir. Hökumət ölkənin regionları üzrə cəmi 620 mln. manat (2015-lə müqayisədə 200 mln. manat və ya 25% az) vergi toplayacağını proqnozlaşdırır. Bu illik büdcənin 3%-dən bir az çoxdur”.

R.Amayevin fikrincə, bölgələrin ixracda payı 3%-ə çatmır.

Onun fikrincə, ökədə regional inkişafı təmin etmək üçün zəruri institusional yanaşma mövcud deyil.Söhbət hansı çatışmazlıqlardan gedir?

1) Hər bir regionun spesifik xaraktersitikasını nəzərə alan regional inkişaf proqramları mövcud deyil.Bu gün bütün ölkənin regionlarını bir araya gətirən 5 illik proqramlar dünya təcrübəsində mövcud olan “proqram” anlayışının tələblərinə cavab vermir. Heç bir regionun problemləri, inkişafına mane olan amillər, regionların zəif-güclü tərəflərinin, rəqabət qabiliyyətliliyini analiz edən yanaşma, tələb olunan resursların həcmi əks olunmayıb. Məsələn, region ölkələrindən Türkiyə və Gürcüstanda həm milli səviyyədə regional inkişaf strategiyası, həm də hər bir bölgə üzrə spesifik bölgə inkişafı planıhazırlanıb;

2) Regional inkişafa səlahiyyətli olan əsas institutlar mövcud deyil (Regional İnkişaf Nazirliyi, Regional İnkişaf Fondu, yerli inkişafa bilavasitə məsuliyyət daşıyan, inzibati və maliyyəmuxtariyyətinə malik yerli özünüidarə). Məsələn, qonuşu Gürcüstanda Regional İnkişaf Nazirliyi, Bələdiyyə İnkişaf Fondu və Dağ İcmalarının İnkişafı Fondu fəaliyyət göstərir. Oxşar təcrübə qonşu Türkiyədə də var.

3) “Problemli” və ya “əlverişsiz imkana malik” bölgələrə spesifik yanaşmanı nəzərdə tutan hüquqi mexanizmlər mövcud deyil. Bu mexanizm Avropa Birliyinin xüsusi önəm verdiyi yanaşmadır. Həmin yanşamaya görə, regional məhsulun adambaşına həcmi ölkə üzrə ÜDM-nin adambaşına həcminin 75%-dən az olan bölgələr depressiv (geridə qalmış və ya problemli) bölgələr hesab edilir və onlara münasibətdə differensial investisiya, vergi və büdcə dəstəyi siyasəti işlənib hazırlanır. Azərbaycanda, ümumiyyətlə, iqtisadi baxımdan zəif inkişaf etmiş yaxud problemli bölgə, beləbölgələrin müəyyən edilməsi üçün meyarlar, prinsiplər mövcud deyil. Eyni zamanda, coğrafi baxımdan əlverişsiz və üstün inkişaf etdirilməli olan bölgələrə də münasibətdə anoloji siyasət yanaşması mövcud deyil. Halbuki hazırda Azərbaycanda bütün bölgələr üzrə adambaşına məhsul buraxılışının həcmi orta ölkə üzrə göstəricinin hətta 50%-nə çatmır və bu meyara görə, bizdəBakıdankənar bütün ərazilər Avropa ölçüləri ilə “problemli” sayılmalıdır.

Vüsalə Rüstəmova

Gununsesi.info