Bakının bir hissəsində su olmayacaq

  • By admin
  • 17 Yanvar 2018 09:54

Bakının bir hissəsində su olmayacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, 17 yanvar 2018-ci il tarixində Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.

Buna səbəb Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsidir.

Gununsesi.info