Bakının bu hissəsində ehtiyatlı olun -Sürücülərin nəzərinə

  • By admin
  • 13 Noyabr 2018 21:17

Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır.

Bakı Nəqliyyat Agentliyindən “Gununsesi.org” a verilən məlumata görə, lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib.

“Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib. Bununla yanaşı M.Rüstəmov küçəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb. Qeyd edilənləri nəzərə alaraq sürücülərdən son dərəcədə ehtiyatlı olmalarını xahiş edirik”, – deyə məlumatda vurğulanıb.