Bakının bu küçələrində su olmayacaq - SİYAHI

  • By admin
  • 24 İyun 2016 11:28

SU

 

Bu gün Bakının bəzi hissələrinə suyun paylanılması dayandırılacaq. Gununsesi.info xəbər verir ki, Bakı şəhəri Nizami rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar 24 iyun 2016-cı il tarixində gün ərzində Qara Qarayev və Babək prospektlərində, həmçinin E.Süleymanov, İ.Məmmədov, M.Şərifli, T.Abbasov, C.Naxçıvanski, R.Teymurov, B.Nuriyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.