Bakının iki rayonunda qaz kəsiləcək

  • Müəllif: Firuzə
  • 21 Oktyabr 2026 20:04

Sabah Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Belə ki, qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 22-si saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Gəncə prospektinin, M.Hadi küçəsinin və Nəsimi rayonunun Mir Cəlal, A. Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Gununsesi.info